Bu ilin sonu, ya da 2017-ci ilin əvvəllərindən Azərbaycanda icbari tibbi sığortanın pilot layihəsinin tətbiq olunması planlaşdırılır”.
Lent.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.
Z.Əliyev bildirib ki, pilot layihə uzun müddət ərzində həyata keçirilə bilməz və təxminən 6-9 ay ərzində tətbiq ediləcək: “Pilot layihənin də nəticələrinə uyğun olaraq icbari tibbi sığortanın daha geniş şəkildə tətbiq olunması nəzərdə tutulub. Pilot layihə əsasında bu sistemdə yaşana biləcək çətinlikləri nəzərə alacağıq”.
Agentliyin direktoru qeyd edib ki, icbari tibbi sığortanın Azərbaycan modeli bu yaxınlarda, mayın sonunda ölkə rəhbərliyinə təqdim olunacaq: “Bununla bağlı, prezident tərəfindən sərəncam imzalanacaq. Pilot layihənin tətbiq ediləcəyi rayonlar müəyyən olunacaq. 2018-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığortanın daha geniş şəkildə tətbiqi gözlənilir”.