Azərbaycanda havanın temperaturu yüksəlir: <span style="color:red;">28 dərəcə isti olacaq
03 may 2014 14:57 (UTC +04:00)

Azərbaycanda havanın temperaturu yüksəlir: 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 4-də gecə və səhər saatlarında havanın tutulacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Səhər yağışın tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrinin bəzi yerlərində sabah şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi arabir güclənəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 11-16, gündüz 22-28, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti proqnozlaşdırılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 985

Oxşar yazılar