Azərbaycanda qeydə alınmış cinayətlərlə bağlı Elektron Cinayət Sistemi yaradılıb.
Lent.az-ın məlumatına görə, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.
Onun sözlərinə görə, Elektron Cinayət Sistemində cinayət qeydə alınandan başlayaraq sonrakı prosedurlarla bağlı məlumatlar da yer alır: “Bu, bizim işimizi daha da asanlaşdırır. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində ciddi addımlar atıldığı qeyd edilib. Korrupsiyaya qarşı mübarizədə cəza tədbirləri tətbiq olunur, eyni zamanda inzibati tədbirlər və sistem xarakterli addımlar görülür. “Asan xidmət” mərkəzlərinin yaradılmasında da məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir. Korrupsiyaya qarşı mübarizədə, şəffaflığın artırılmasında İKT sahəsinin inkişafı çox mühümdür. Baş Prokurorluq tərəfindən 2013-cü ildə bununla bağlı xüsusi proqram hazırlanıb”.