Kürdəmir-Yevlax avtomobil yolunun 4 zolaga genişləndirilməsi layihəsinin icrasına başlanılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun tərkib hissəsi olan bu layihənin həyata keçirilməsində məqsəd nəqliyyatın sürətli və təhlükəsiz hərəkətini təmin etməkdir. Layihəyə görə 503 km uzunluqda olan Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 200-cu km-dən başlayaraq 288-cı km-dək olan hissəsi tamamilə yenidən qurulacaq.
Layihə üzrə Kürdəmir-Ucar, Ucar-Yevlax avtomobil yollarına paralel yeni əlavə iki hərəkət zolağının inşası nəzərdə tutulub. Hazırda ərazi boyu kommunikasiyaların köçürülməsi, suötürücü qurğuların, yeraltı keçidlərin, körpülərin tikintisi ilə yanaşı, asfalt örtüyünün salınması və torpaq işləri davam etdirilir.