<b>Azərbaycana 26 sm-ə qədər qar yağıb - <span style="color:red;">FAKTİKİ HAVA </b>
27 yanvar 2018 12:18 (UTC +04:00)

Azərbaycana 26 sm-ə qədər qar yağıb - FAKTİKİ HAVA

Yanvarın 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış, sulu qar, qar yağıb. Bəzi yerlərdə intensiv olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-18, Böyük Qafqazda 1-7, Qazax-Gəncə zonasında 1-6, Mərkəzi-Aran rayonlarında 1-20, Naxçıvan MR-da 4-5, Kiçik Qafqazda 4-5, Lənkəran-Astara zonasında 7-26 mm olub.

Qar örtüyünün hündürlüyü Rvarudda 26, Lerikdə 20, Şahdağ, Yardımlıda 19, Sarıbaş, Kəlvəzdə 12, Altıağac, Kişçayda 10, Oğuz, Şamaxıda 6, Qırızda 5,  Qəbələ, İsmayıllı, Mərəzədə 4, Gədəbəy, Ağdərə, Qusarda 3, Göygöl, Quba, Xaltanda 2, Şərur, Şəki, Xınalıqda 1 sm  təşkil edib.

Duman Daşkəsən, Göygöl, Balakən, Qəbələ, Şəki, Qusar, Sarıbaş, Kişçayda müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384
avatar

Oxşar yazılar