“Azərbaycan Tibb Universitetinə və orta tibb təhsili müəssisələrinə tələbə qəbulu həkim və orta tibb işçilərinə olan tələbat nəzərə alınaraq universitetə qəbul planı 1150 nəfərdən 950-ə qədər azaldılıb. Tibb kolleclərinə isə qəbul 2867-dən 1588-ə və ya təxminən 1,8 dəfə endirilib”. Lent.az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Onun sözlərinə görə, özəl ali və orta məktəblərində tədris prosesinin müəyyən olunmuş standartlara cavab vermədiyini nəzərə alaraq, 2006-cı ildən bu müəssisələrin tibb fakültələrinə qəbul dayandırılıb: “Qəbul planına uyğun olaraq 2011-ci ildə 300, 2012-ci ildə isə 500 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunub”.
O. Şirəliyev bildirib ki, 2011-ci ilin yanvar ayından tibb işçilərinin bütün dünyada qəbul edilən sertifikasiyasının həyata keçirilməsinə başlanılıb: Artıq bu günə kimi 7 mindən artıq həkim və 4,5 mindən artıq orta tibb işçisi sertifikasiyadan keçib”.