[b]Azad Rəhimov:[/b] “Avropa Oyunlarında Ermənistandan 50-dək idmançının iştirakı gözlənilir”
14 fevral 2015 15:21 (UTC +04:00)

[b]Azad Rəhimov:[/b] “Avropa Oyunlarında Ermənistandan 50-dək idmançının iştirakı gözlənilir”

“Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak etmək üçün Ermənistandan 30-50 arası idmançının gəlməsi gözlənilir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında “Bakı-2015” I Avropa Oyunlarına həsr olunan mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Jurnalistin erməni idmançıların təhlükəsizliyinin təminatı barədə sualını cavablandıran nazir qeyd edib ki, bütün idmançılar üçün ən yüksək səviyyədə təhlükəsizlik şəraiti təmin olunan Olimpiya kəndi yaradılıb: “Ona görə də hər hansı əlavə təhlükəsizlik tədbirlərinə ehtiyac görülmir”.

 

Avropa Oyunlarının açılış mərasiminə hansı xarici dövlət başçılarının dəvət olunması ilə bağlı suala cavab verən A. Rəhimov bildirib ki, indiyə kimi Lüksemburq  və Monako knyazları tədbirin açılışında iştirak edəcəklərini təsdiqləyiblər: “Ümumilikdə 20-yə yaxın xarici dövlət başçısının iştirakı gözlənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 84
avatar

Oxşar yazılar