Aydın Əliyev Xaçmazda vətəndaşları qəbul edib
27 fevral 2018 17:51 (UTC +04:00)

Aydın Əliyev Xaçmazda vətəndaşları qəbul edib

0

Fevralın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Xaçmaz şəhərində vətəndaşları qəbul edib. Lent.az-ın DGK-nın saytına istinadən məlumatına görə, qəbulda bölgədə yerləşən - Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

 

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 655

Oxşar yazılar