Aydın Əliyev vətəndaşlarla görüşəcək
19 fevral 2016 17:13 (UTC +04:00)

Aydın Əliyev vətəndaşlarla görüşəcək

0

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Şabranda vətəndaşlarla görüşəcək. Lent.az komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 25-də  saat 11:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 60A) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

 

Qəbul zamanı bölgədə yerləşən rayonların - Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar fevralın 24-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Xaçmaz Gömrük İdarəsi (əlaqə telefonu: (023) 325-34-40) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar