ANS ÇM-in baş redaktoru işdən çıxıb
02 noyabr 2015 10:57 (UTC +04:00)

ANS ÇM-in baş redaktoru işdən çıxıb

0

ANS ÇM radiosunun baş redaktoru Kamran Mahmudov işdən ayrılıb. Bu barədə Lent.az-a açıqlamasında o, özü bildirib. Oktyabrın 31-də istefa verən baş redaktor işdən ayrılma səbəbini açıqlamaq istəməyib.

 

Xatırladaq ki, K. Mahmudov 2004-2005-ci illərdə  “İç xəbər” verilişinin aparıcısı və müxbiri, 2005-2010-də ANS ÇM-də radio-aparıcı işləyib. 2010-2015-ci illərdə isə o, müstəqil jurnalist kimi “Azadlıq” radiosunda fəaliyyət göstərib. Bu ilin iyun ayından isə K. Mahmudov ANS ÇM radiosunun baş redaktoru kimi çalışırdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar