Səhiyyə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Anar Qədirlinin yeni vəzifəsi açıqlanıb. Lent.az-ın əldə etdiyi məlumata görə, A. Qədirli Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
***
“Öz xahişim və ərizəmlə işdən azad olunmuşam”.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunan Anar Qədirli deyib.
Anar Qədirli bir müddət öncə başqa bir vəzifə ilə bağlı təklif aldığını açıqlayıb: “Həmin təklifi dəyərləndirdim. Hazırda nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsi ilə bağlı işlərin təhvil-təslimi gedir. Yaxın günlərdə səhiyyə sistemində yeni vəzifənin icrasına başlayacağam. Yeni vəzifəmin nədən ibarət olacağı haqda 2-3 gün ərzində məlumat veriləcək”.
O, həmçinin bundan sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edəcək Liya Bayramovanın bu vaxta kimi “Zerkalo” qəzetində şöbə müdiri çalışdığını açıqlayıb.