Allahşükür Paşazadə Ruhaninin müavini ilə görüşüb
28 aprel 2016 14:49 (UTC +04:00)

Allahşükür Paşazadə Ruhaninin müavini ilə görüşüb

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İran prezidentinin müavini, mədəni irs, əl işləri və turizm təşkilatının sədri Məsud Soltanifəri qəbul edib.

 

QMİ-dən Lent.az-a verilən məlumata görə,

 

görüşdə Azərbaycan və İran xalqları arasında qədim tarixə malik mədəni, dini-mənəvi əlaqələrin buğünkü inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Təzəpir məscidini ziyarət edən, Qafqazın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası və muzeyi ilə tanış olan İranlı qonaq burada qorunub saxlanılan qədim, nəfis tərtibatlı Quran kitabları, nadir dini ədəbiyyatın zənginliyini yüksək qiymətləndirib. O, bildirdi ki, Bibheybət məscidini də ziyarət etmiş, habelə şəhərimizlə tanış olmuşdur və Azərbaycanda dini-mədəni abidələrə, tarixi irsə olan ali səviyyədə diqqət və qayğını olduqca yüksək dəyərləndirir.

 

İranı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal   Forumunda təmsil etməkdən məmnun olduğunu vurğulayan M. Soltanifər,  Forumun Bakıda yüksək səviyyədə təşkilinə görə xalqı təbrik edib. Azərbaycana hər səfərində şahidi olduğu müsbət dəyişikliklərdən şad olduğunu və şeyxülislamla görüşmək imkanından məmnunluğunu bildirən qonaq bu növ qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin səviyyəsinin daha da yüksəlməsinə dəlalət etdiyini və ümumi mənafelərinə xidmət etdiyini xüsusi vurğulayıb.

 

İranlı qonağa Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, müxtəlif din mənsubları olar vətəndaşlarımızın bir ailə kimi yaşaması, dini tələbat və qayğılarının eyni dərəcədə ödənilməsi, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi İslami irsimizə diqqət göstərilməsi barədə məlumat verən Şeyxülislam A.Paşazadə, bu sahədə siyasi iradənin böyük rol oynadığını, Azərbaycanın dövlət başçısı tərəfindən dini tolerantlıq və multikulturalizmin dəstəklənməsinin mühüm önəm kəsb etdiyini vurğulayıb. QMİ sədri Heydər Əliyev tərəfindən qoyulmuş müdrik dövlətçilik siyasətinin tərkib hissəsi kimi multikulturalizm, milli və dini tolerantlığın prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsinin ölkəmizin uğurlarında əhəmiyyətli rol oynadığını qonağın diqqətinə çatdırıb.

 

Azərbaycanın Qarabağla bağlı probleminə İranın həssas münasibətinin böyük dəyər kəsb etdiyini vurğulayan QMİ sədri, xalqın haqq işinin qələbə çalacağına əmin olduğunu və İran dövlətinin bu problemin beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllinə yardımçı olan bütün səylərinə görə təşəkkürlərini bildirib.

 

Azərbaycanın işğal olunmuş ərazilərində məscid və ibadətgahlarımızın, qəbirstanlıqlıqların dağıdıldığını İran İslam Respublikası Prezidentinin müavini, mədəni irs, əl işləri və turizm təşkilatının sədri Məsud Soltanifərin diqqətinə çatdıran Şeyxülislam A. Paşazadə  ümumislam mədəniyyət xəzinəsinin tərkib hissəsi olan bu məkanların, inşallah, Azərbaycan dövləti tərəfindən yenidən bərpa ediləcəyi üçün dualar etdiyini bildirib.

 

Görüşdə İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pak Ayin iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Oxşar yazılar