Akif Əlizadə yaponlarla görüşdü
13 noyabr 2013 14:58 (UTC +04:00)

Akif Əlizadə yaponlarla görüşdü

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Bakıda səfərdə olan Yaponiyanın “Tokyo Boeki Technology Ltd” şirkətinin prezidenti Kazuey Uçidanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Lent. az-a AMEA-dan məlumat verilib. Görüşdə məqsəd AMEA-nın elmi-innovativ nailiyyətlərinin istehsalatda tətbiqini təcrübədən keçirməyə imkan verən texnoparkların  yaradılması sahəsində Yaponiya şirkətinin təcrübəsindən və məhsullarından faydalanmaqdır.   

Akademik A. Əlizadə AMEA ilə Yaponiyanın elmi-tədqiqat qurumları arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıb.

Tərəflər əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə etmiş və  bu əlaqələrin “Tokyo Boeki Technology” təcrübəsi əsasında AMEA-da müasir texnoparkın təşkilinə yönəldilməsi barədə razılığa gəliblər. Təklif olunub ki, Bakıda elmi-innovativ nəticələrin istehsalatda tətbiqinə dair birgə beynəlxalq konfrans keçirilsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar