ABŞ Dövlət Departamentinin nümayəndəsi Tərtərdə BAMF-ın işi ilə tanış olub
13 avqust 2013 18:01 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin nümayəndəsi Tərtərdə BAMF-ın işi ilə tanış olub

ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi İşlər Bürosunun Silahların ləğvi və qadağan olunması üzrə idarənin nümayəndəsi, xanım Keyt MakFerri Tərtər rayonunda olub. Beynəlxalq Avrasiya Mətbuat Fondunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məqsəd münaqişədən sonra yenidənqurma prosesində və müharibə qurbanlarının inkişafına dəstək, BAMF-ın gördüyü işlərlə tanışlıqdır.

 

ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi İşlər Bürosu 2006-cı ildən BAMF-ın müharibədən zərərçəkmişlərə yardım layihəsini maliyyələşdirir. BAMF ilə ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi İşlər Bürosu arasında özəl tərəfdaşlıq proqramına uyğun olaraq, yaranan əməkdaşlıq əsasında, qrant işçisi ildə bir dəfə, görülən işləri qiymətləndirmək üçün Azərbaycana səfər edir.

 

Makferri BAMF-ın Azərbaycanda müharibə qurbanlarına yardım sahəsində gördüyü işlərə heyranlığını bildirib. O, Tərtərdəki ilk Regional Peşə Təlim Mərkəzinə (PTM) səfəri zamanı mərkəzin təklif etdiyi xidmətlərlə tanış olub.

 

BAMF-ın Regional PTM kitabxanası kompüter, pulsuz internet çıxışı ilə təchiz olunub və icma sakinləri üçün açıqdır. PTM-in təlim otağı hələ də müharibə qurbanlarına müxtəlif sahələrdə kənd təsərrüfatı təcrübələri, xalçaçılıq, kompüter bilikləri və çörək istehsalı ilə bağlı təlimlərin keçirilməsi üçün istifadə olunur. BAMF nümayəndəsi  bildirib ki, müharibə qurbanlarının maraq dairələrinin dəyişməsi ilə əlaqədar PTM-də bəzi təlimlərin keçirilməsi nəzərdə tutulub. Böyük  ehtimalla, stilistika və kosmetologiya, iaşə, biznesin idarə olunmadı ilə bağlı təlimlər də keçiriləcək.

 

ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi İşlər Bürosunun nümayəndəsini səfər boyu Soyuq və Kiçik çaplı silahlara qarşı mübarizə üzrə agentliyin(AFRİCOM/EUCOM) Proqram Meneceri Qlenn E.MakKartan və ANAMA-nın əməkdaşı Tural Məmmədov müşayiət edib. Səfər zamanı təklif olunan xidmətlərlə tanış olan MakFerri deyib: “Mən BAMF-ın layihənin inkişafı üçün gördüyü işlərə heyranam və əminəm ki, bu işlər haqda məlumat alarkən ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi İşlər Bürosunun Silahların ləğvi və qadağan olunması üzrə idarəsi də mənim qədər sevinəcək”.

 

O həmçinin qeyd edib ki, BAMF-ın həyata keçirdiyi layihələr dünyanın müxtəlif yerlərində tətbiq etmək üçün gözəl model ola bilər.

 

BAMF-ın sədri Umud Mirzəyev ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi İşlər Bürosunun Silahların ləğvi və qadağan olunması üzrə idarəsinin rəsmisinə,  BAMF-ın müharibə qurbanlarına yardımla bağlı 2010 - 2015-ci illər üçün strateji planı haqda məlumat verib. Mirzəyev bildirib ki, hazırkı mərhələdə BAMF onların sosial-iqtisadi şəraitlərinin yaxşılaşdırılması və inteqrasiyası prosesini başa çatdırıb. Bu səbəbdən, BAMF təlimlərin davamlılığı üçün Avrasiya Kredit vasitəsilə müharibədən zərərçəkmişlərə mikro-kredirlərin verilməsini həyata keçirir. Layihənin növbəti mərhələsində dövlət. donor və vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlıq imkanlarını inkişaf  etdirmək və dünyanın digər yerlərində bu tipli layihələrin həyata keçirilməsinin prioritetini qeyd etdi.

 

BAMF-ın Proqram və Beynəlxalq Münasibətlər Departamentinin direktoru Nik Nvolisa və Sülhməramlı aksiyalar və əməliyyat departamentinin rəhbəri Ramil Əzizov BAMF-ın fəaliyyətinin prioritetləri haqda geniş məlumat veriblər: “BAMF müharibədən zərərçəkmişlərlə bağlı layihəsi üçün davamlı və strukturlaşmış strateji plan işləyib hazırlayıb. BAMF Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionunda layihələrinin genişləndirilməsi üçün çalışır və bu layihənin region ölkələrində uğurlu bir təcrübə olaraq model kimi istifadəsi nəzərdə tutulur”.

 

Qeyd edək ki, BAMF 2000-ci ildən ANAMA ilə tərəfdaşlıq çərçivəsində mina təhlükəsinə qarşı mübarizə proqramına qoşulub. Müharibədən zərərçəkmişlərə yardım layihəsi ilə yanaşı, BAMF medianın inkişafı, məcburi köçkünlərin  və qaçqınların müdafiəsi, icmaların inkişafı və vətəndaş cəmiyyətinin potensialının artırılması ilə bağlı layihələri də, həyata keçirməkdədir. BAMF Beynəlxalq Sülh Bürosu (BSB), Beynəlxalq Mətbuat İnstitutu (BMİ), Qaçqın və Sığınacaq axtaranların  işləri üzrə Avropa Şurası (ECRE), Davamlı İnkişaf üzrə Şimal Aliansı (ANPED) kimi strateji şəbəkələrin üzvüdür. BAMF BMT-nın İqtisadi Sosial Şurasında konsultativ statusa malikdir və bu,  BMT-nın  yüksək səviyyəli iclaslarında  və konsultativ sessiyalarında BMT-nın siyasəti ilə bağlı  fikir bildirməyə imkan yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376
avatar

Oxşar yazılar