Xocalı uşaqları üçün stomatoloji müayinələr təşkil ediləcək
22 fevral 2016 17:06 (UTC +04:00)

Xocalı uşaqları üçün stomatoloji müayinələr təşkil ediləcək

0

Səhiyyə Nazirliyi tərəfindən Xocalı sakinlərinin uşaqları pulsuz müayinələrə cəlb ediləcək.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xocalı soyqırımı ərəfəsində Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Uşaq Stomatoloji poliklinikasının mütəxəssisləri Xocalı sakinlərinin uşaqlarını, imkansız, habelə valideyn himayəsindən məhrum olmuş uşaq evlərində məskunlaşan bir qrup uşağın müayinə və müalicəsini icra edəcək. 

Aksiya çərçivəsində 23.02.2016-cı il tarixində poliklinikanın yüksək ixtisaslı həkimləri tərəfindən 30 dan artıq aztəminatlı uşaqların ağız boşluğunun və müxtəlif damaq xəstəliklərinin müayinəsi, ehtiyacı olan dişlərin çəkilməsi və müalicəsi nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar