UNEC-in gənc müəllimləri and içdi
06 noyabr 2015 15:20 (UTC +04:00)

UNEC-in gənc müəllimləri and içdi

 

Noyabrın 6-da İqtisad Universitetində (UNEC) ilk dəfə işə qəbul edilən gənc müəllimlərin andiçmə mərasimi keçirilib.

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, universitetin rektoru Ədalət Muradov bildirib ki, Azərbaycan təhsil sistemində ali təhsil müəssisələri arasında ilk dəfə olaraq UNEC-də Təhsil Nazirliyinin “Müəllimlərin etik davranış qaydaları”nın imzalanması mərasimi keçirilir. Müəllimlərin andiçməsinin düzgün qərar olduğunu vurğulayan rektor əlavə edib ki, müəllim Azərbaycan Respublikasının qanunları, öz vicdanı və tələbələr qarşısında məsuliyyət daşıyır. O, hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. "UNEC-in müəllimlər ailəsinə 16 gənc qəbul edirik" deyən rektor qeyd edib ki, bu gənclərin müəllimlik nümunəsi olmasını arzulayır. Rektor həmçinin bildirib ki, UNEC-in arzuların universiteti olması üçün gənc müəllimlər öz üzərlərinə ağır və şərəfli vəzifəni götürürlər.

 

Ötən il UNEC-ə 121 gənc müəllimin cəlb edildiyini bildirən Ə.Muradov yeni tədris ilində bu rəqəmin 20-yə yaxın olduğunu vurğulayıb: "Əminik ki, onlar peşəkar müəllim heyətimizin təcrübəsindən bəhrələnərək, qarşımıza qoyduğumuz hədəflərə çatmaqda əllərindən gələni edəcəklər".

Təhsil naziri Mikayıl Cabbarovun and içən müəllimlərə təbrikini Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov çatdırıb. S.Gözəlov Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan universitetin gənc müəllimlər sayəsində dünya səviyyəli bir universitetə çevriləcəyinə inandığını bildirib və müəllimlərə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar