Temperatur aşağı düşür: <span style="color:red;">33 dərəcə isti
11 sentyabr 2015 12:40 (UTC +04:00)

Temperatur aşağı düşür: 33 dərəcə isti

Sentyabrın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludu olacağı,  arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində mülayim şimal küləyi əsəcək, ayrı ayrı-yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 28-33 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Fərizə Əhmədova

Oxşar yazılar