Temperatur artacaq: <span style="color:red;">35 dərəcə isti
01 sentyabr 2015 12:39 (UTC +04:00)

Temperatur artacaq: 35 dərəcə isti

Sentyabrın 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.      

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 26-31 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı,  qısa müddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 30-35 dərəcə, dağlıq rayonlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331

Oxşar yazılar