38 dərəcə isti - <span style="color:red;">PROQNOZ
07 sentyabr 2015 12:36 (UTC +04:00)

38 dərəcə isti - PROQNOZ

Sentyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 31 -36 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı,  yağış yağacağı ehtimalı var.  Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 33-38 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 333

Oxşar yazılar