Yağış, duman, 14 dərəcə isti
23 fevral 2016 12:31 (UTC +04:00)

Yağış, duman, 14 dərəcə isti

 

Fevralın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 4-6 dərəcə, gündüz  8-13 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış,  dağlıq ərazilərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz yağıntıda qısa fasilə yaranacaq, qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə,  gündüz  9-14 dərəcə isti, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz   2-7 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247

Oxşar yazılar