(R) Hesab.Az lotereyasında oynanılan Chevrolet Aveo öz sahibini tapdı
14 noyabr 2013 09:32 (UTC +04:00)

(R) Hesab.Az lotereyasında oynanılan Chevrolet Aveo öz sahibini tapdı

Goldenpay şirkəti Hesab.Az portalında elan edilmiş "Oturduğun yerdən Hədiyyə qazan" lotereyanın qalibini mükafatlandırıb.

Baş mükafatın xoşbəxt sahibi Bakı şəhərinin sakini Balaş Mirzəyev olub. Qalib etiraf edib ki, uduş onun üçün tam gözlənilməz olub.

"Fikirləşirdim ki, lotereyada udmaq mümkün deyil. Amma indi mən öz fikrimi tamamilə dəyişmişəm! Çox təşəkkür edirəm, mən qələbəyə çox şadam!", - Mirzəyev deyib.

Lotereyasının tirajı noyabrın 2-də  keçirilib. Lotereya Atabank ASC və Visa International beynəlxalq ödəniş sistemi ilə birgə təşkil olunub.

Lotereyanın əsas mükafatı Chevrolet Aveo avtomobili idi. Bundan başqa, 10 ədəd Sony Experia Z smartfonu və hər biri 50 manat məbləğində olan 100 ədəd Hesab.az hədiyyə kartları oynanılıb.

Lotereyanın şərtlərinə əsasən, baş mükafatı qazanmaq şansı əldə etmək üçün 25 min bonus xal toplayaraq bir elektron bilet əldə etmək gərək idi.

Lotereyada iştirak edən elektron biletlərin sayı 41677 min ədəd təşkil edib.

Baş mükafatın sahibi Balaş Mirzəyev, Chevrolet Aveo avtomobilinin oynanılmasında iştirak etmək üçün iki bilet, 50 manat məbləğində olan Hesab.az hədiyyə kartlarının uduşunda iştirak etmək üçün səkkiz bilet və 10 Sony Experia Z smartfonların oynanılmasında iştirak etmək üçün altı bilet əldə etmişdir.

İştirakçılar e-biletləri, Hesab.az portalında aparılmış online ödənişlər və tranzaksiyaların sayəsində qazandıqları bonus xalları ilə əldə etmişdirlər.

10 ədəd Sony Experia Z smartfonuna iddialı olan iştirakçılar bir e-bilet əldə etmək üçün 10 min xal toplamalı idilər. 100 Hesab.az hədiyyə kartlarının oynanılmasında iştirak etmək üçün isə, hər bir biletin dəyəri beş min bonus xalı ilə dəyərləndirilmişdir.

Hər bir iştirakçı daha çox bonus toplayıb, mükafatları əldə etmək şanslarını artırma imkanına malik idi. Bundan əlavə, aksiyanın qüvvədə olduğu müddətdə, istifadəçilər Visa kartları vasitəsi ilə onlayn ödəniş həyata keçirərkən, bonus xallarının sayını iki dəfə, Atabank ASC-nin Visa kartları vasitəsi ilə əməliyyat apararkən isə dörd dəfə xal sayını artırmaq hüququ əldə edirdilər.

 

Hesab.az portalı haqqında:

 

“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan “hesab.az” onlayn xidmət portalı, mobil operatorlar, İnternet- provayderlər, bütün kabel televiziya operatorlarının və kommunal şirkətlərin xidmətlərini bank kartları vasitəsi ilə ödəmək imkanı verir. Bundan başqa, portalda lizing və bank kreditlərinin ödənişi və onlayn-sığorta xidmətləri göstərilir. Hazırda portalda qeydiyyatdan keçən 82.5 mindən artıq abunəçiyə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1475
avatar

Oxşar yazılar