(R) Embawood-dan BAHAR HƏDİYYƏSİ!
24 aprel 2013 11:00 (UTC +04:00)

(R) Embawood-dan BAHAR HƏDİYYƏSİ!

Embawood şirkəti mebelin yenilənmə kampaniyası davam edir.

 

Embawood mebel şirkəti Azərbaycanda ilk dəfə olaraq köhnə mebeli yenisi ilə əvəz etmə kampaniyasına start vermişdir. Kampaniyanın şərtlərinə əsasən müştərilər mənzillərindəki köhnə yumşaq mebelləri verməklə, yeni yumşaq mebellərə endirim alırlar. Kampaniya ilk olaraq aprel ayının 20-ə bitməsi nəzərdə tutulsa da, müştərilərdən gələn istəyə əsasən daha 5 gün uzadılmış, 25 aprelədək davam edəcəkdir.

 

Məlumat üçün qeyd etmək istərdik ki, köhnə mebellər, şirkət əməkdaşları tərəfindən təmənnasız olaraq evlərdən yığılaraq xüsusi ayrılmış yerlərdə məhv edilir.

 

Mebel sektorunda fasiləsiz təkmilləşdirmə prinsipini əsas tutan şirkət bu gün xidmət keyfiyyətinin artırılması üçün bir sıra layihələr həyata keçirir. Məsələn bu gün istənilən müştəri şirkətin salonlarında xüsusi dizayn proqramı ilə mənzillərin dizayn edilməsi, mağazadan çıxmamaq şərti ilə kreditləşdirmə və 24 saat ərzində mebellərin mənzildə qurulması belə yeniliklərdəndir.

 

Xatırladırıq Embawood Azərbaycan brendi olaraq dünyanın 10-a qədər ölkəsində fəaliyyət göstərir. Şirkət mebel sektorundakı yenilikləri Azərbaycan istehlakçısına təqdim etməklə yanaşı, Azərbaycan məhsulu xarici ölkələrdə təmsil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2056
avatar

Oxşar yazılar