(R) DəmirBank “Məktəbli Bazarlığı” yeni güzəştli kredit aksiyasına başlayıb
14 avqust 2013 16:53 (UTC +04:00)

(R) DəmirBank “Məktəbli Bazarlığı” yeni güzəştli kredit aksiyasına başlayıb

DəmirBank-ın “Məktəbli bazarlığı” güzəştli kredit aksiyası yeni tədris ilinə hazırlaşan məktəblilərə və tədarük görən valideynlərə dəstək məqsədi daşıyır.

 

Bu aksiya üzrə kreditin faiz dərəcəsi nağd pul krediti ilə müqayisədə 6% daha aşağıdır. Aksiya bu ilin 30 sentyabr tarixinədək davam edəcək. Övladı məktəbli olan valideynlər zaminsiz və girovsuz 1000 AZN-dək məbləğdə 12 ay müddətinə nağd pul krediti ala bilər.

 

DəmirBank müştərilərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

 

Ətraflı məlumatı demirbank.az saytından, facebook.com/demirbank.az səhifəsindən və 149 nömrəsinə zəng etməklə əldə etmək olar.

 

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522
avatar

Oxşar yazılar