(R) Azercell Mobil İnternet istifadəçiləri üçün endirim etdi
20 noyabr 2013 13:18 (UTC +04:00)

(R) Azercell Mobil İnternet istifadəçiləri üçün endirim etdi

Şirkət yeni Data Paketlərini istifadəyə verdi

 

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC Mobil İnternet istifadəçiləri üçün endirim etdi. İndi Azercell abunəçiləri internetdən daha sərfəli şərtlərlə istifadə edəcəklər. Belə ki, 19 noyabr tarixindən etibarən abunəçilər 1GB Data paketini əldə etmək üçün 10 AZN deyil, 6 AZN ödəyəcəklər. Şirkət yeni sərfəli Data paketlərini də istifadəyə verib. Artıq internet istifadəçiləri 3GB paketini 12 AZN-ə, 9GB paketini 18 AZN-ə, 18GB paketini isə 24 AZN qiymətinə sifariş edəcəklər. Eyni zamanda “Tələbə 1-liyi” tarif paketi abunəçiləri üçün bütün paketler üzrə 20% endirim tətbiq ediləcək. İnternet paketindən istifadə müddəti Fakturalı xətt abunəçiləri üçün – 1 faktura dövrü,SimSim abunəçiləri üçün – 30 gündür. İnternet paketlərindən yararlanmaq

üçün müvafiq açar sözünü seçib 2525-ə göndərmək lazımdır.

İnternet paket Açar sözü Paketin qiyməti

 

30 MB 30 1 AZN

 

100 MB 100 2 AZN

 

300 MB 300 3 AZN

 

1 GB 1000 6 AZN

 

3 GB 3000 12 AZN

 

9 GB 9000 18 AZN

 

18 GB 18000 24 AZN

 

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz:

 

“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən

etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell- in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə Azercell ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti Asan imza sistemini tətbiq edən ilk operator oldu. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1374
avatar

Oxşar yazılar