Dünən, avqustun 2-i Svetofor və dayanacaqlarda insanlara su və xurma paylanması ilə yanaşı şəhərin mərkəzində 28 May metrosunun yaxınlığında C.Cabbarlının heykəli qarşısında qurulan çadırdan iftar açanlara yüngül yemək ikram olundu. Yarım saat ərzində 250 insanın qonaq olduğu mərasim Holding əməkdaşlarının iştirakı ilə reallaşdı. Holdinq əməkdaşları bildirdilər ki, onlar bu missiyaya imza atmaqdan qürur duyur. Bu, təkcə holdinqin qarşısında duran korporativ sosial məsuliyyət prinsipi deyil, bu sadəcə onların insanlıq, müsəlmanlıq borcudur. Onların bildirdiyinə görə, holdinq insanlara yüksək səviyyəli xidmət, servis göstərməyi qarşısına məqsəd qoyub. Sözügedən Ramazan aksiyası Garant Holding-in Dİrektorlar Şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə ənənəvi səciyyə alıb. Qeyd edək ki, bu il aksiyanın səyyar çadırların qurulması ilə genişlənməsində müvafiq rayonların icra hakimiyyəti orqanları öz dəstəyini əsirgəməyib. Belə ki, 28 May metrosu ətrafında keçirilən aksiyanın təşkilatçısı Nəsimi Rayon İcra Hakimiyyəti, şəxsən icra hakimiyyətinin rəhbəri Nəsib Məhəməliyev və müvafiq orqanlar holdingə dəstək göstərib. Aksiya bu gün, şəhərin 10 nöqtəsində svetofor və dayanacaqlarda su və xurma paylanması ilə davam edəcək. Həmin nöqtələri diqqətinizə çatdırırıq:
Şirkət Lokasiya.
Garant Holding R.Behbudov.
Qarant Sığorta C.Cabbarlı küç. Caspian plaza.
Avtomedia Elmlər Akademiyası metrosu.
M-Trans Avtovağzal.
Royal Estate 20 Yanvar metrosu.
Transeurocom 28 May metrosu
Ucar Aqro Vaqif pr.
Azbentonit Xırdalan dairəsi.
AzPOD Nərimanov metrosu.
Meridian Azneft dairəsi.