Məktəblilərin payız tətili ilə bağlı nazirlikdən <span style="color:red;">AÇIQLAMA
06 noyabr 2015 15:45 (UTC +04:00)

Məktəblilərin payız tətili ilə bağlı nazirlikdən AÇIQLAMA

Payız tətilindən sonra ümumtəhsil müəssisələrində dərslər fərqli vaxtlarda başlayacaq.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına əsasən, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) müəyyən edilib.

 

Noyabrın 20-si həftənin beşinci gününə təsadüf etdiyindən 2015-2016-cı dərs ilində 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində payız tətilindən sonra dərslər noyabrın 23-də, 6 günlük iş həftəsi ilə işləyən müəssisələrdə isə noyabrın 21-də başlayacaq.

 

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrlə 2015-2016-cı tədris il ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə 5 günlük (1-5 may) əlavə yaz tətili. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289

Oxşar yazılar