Havalar isinir: <span style="color:red;">31 dərəcə isti
28 avqust 2015 12:45 (UTC +04:00)

Havalar isinir: 31 dərəcə isti

Avqustun 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam və gecə dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər ayrı - ayrı yerlərdə duman olacaq,  şərq küləyi əsəcək.               

Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 26-31 dərəcə, dağlıq rayonlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255

Oxşar yazılar