(R) Pediatriyanın aktual problemlərinə həsr olunmuş konfrans keçirilib
26 may 2014 11:30 (UTC +04:00)

(R) Pediatriyanın aktual problemlərinə həsr olunmuş konfrans keçirilib

May ayının 22-də Azərbaycan Tibb Universitetinin Terapiya korpusunun konfrans zalında  “Pediatriyanın aktual problemləri” mövzusunda konfrans keçirilib. Azərbaycan Pediatrlar Assosiasiyası və “RB” şirkətinin dəstəyi ilə təşkil olunan tədbirdə şəhər poliklinika və xəstəxanaların 120-yə yaxın pediatrı, rezidentlər iştirak edib.

Konfransı çıxış sözü ilə açan Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, akademik Adilə Namazova və Azərbaycan Pediatrlar Assosiasiyasının Vitse-prezidenti, əməkdar elm xadimi, professor Surxay Musayev, konfrans iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətini qeyd ediblər.

Daha sonra A.İ.Yevdokimov adına Moskva Dövlət Tibbi-Stomatologiya Universitetindən dəvət olunmuş pediatriya kafedrasının dosenti S.V.Zayseva “Qeyri steroid preparatların pediatrik praktikasında rasional istifadəsi” mövzusunda mühazirə ilə çıxış edib.

Bu konfransda akad. A.Ə.Namazova və dosent T.Q.Tağızadənin tərtib etdikləri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə çap olunmuş “Uşaqlarda qızdırma - hipertermik sindrom” adlı metodik vəsaitin də təqdimatı keçirilib və iştirakçılara paylanılıb. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi müasir ədəbiyyatlar əsasında tərtib edilən bu vəsait pediatrlar, rezidentlər, təcili yardım və ailə həkimlərinin gündəlik işində ilkin, təxirəsalınmaz yardımın təkmilləşdirilməsi, eyni zamanda tibb ixtisası alan tələbələr üçün nəzərdə tutulub.

P.S. Konfransın təşkilatçılığına görə Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının dosenti Təranə Tağızadəyə, “RB” şirkətinin Azərbaycan üzrə satış müdiri Mehriban Həbibovaya və “Havas Worldwide Baku” şirkətinin əməkdaşı Səidə Adelşinovaya minnətdarlıq bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512
avatar

Oxşar yazılar