Yağışlı hava davam edəcək
09 oktyabr 2015 12:49 (UTC +04:00)

Yağışlı hava davam edəcək

Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.  Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 12-14 dərəcə, gündüz 15-18 dərəcə isti olacaq

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.                .

Havanın temperaturu Aran rayonlarında gecə 8-13, gündüz 15-20 dərəcə, dağlıq rayonlarda gecə 1-6, gündüz  7-12 dərəcə isti olacaq.

Oktyabrın 10-da Abşeron yarımadasında gündüz xəzri küləyinin güclənməsi bəzi metohəssas insanlarda  narahatlıq hissi yaratsa da, oktyabrın 11-12 də meteoloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Fərizə Əhmədova

Oxşar yazılar