[b]Narkomanlar məcburi  müalicə olunacaq[/b]
23 yanvar 2018 01:55 (UTC +04:00)

[b]Narkomanlar məcburi müalicə olunacaq[/b]

Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulan barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər ixtisaslaşdırılmış tibb müəssisələrində stasionar müalicə olunacaqlar.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

 

Bu qərar Daxili İşlər Nazirliyinin (DİN) narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295
avatar

Oxşar yazılar