<b>Hər məktəb üçün 100000 manatlıq qrant imkanı</b>
01 mart 2018 10:12 (UTC +04:00)

Hər məktəb üçün 100000 manatlıq qrant imkanı

 
 
 
 
2018-ci il üzrə elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi ilə əlaqədar maarifləndirici görüş təşkil olunub. 
 
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki 42 nömrəli tam orta məktəbdə keçirilən görüşdə İdarənin əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər.
 
 
Görüşdə məlumat verilib ki, Təhsil Nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və müvafiq təhsil ocaqlarında çalışan pedaqoji işçilər qatıla bilər. 9 mövzu üzrə təşkil olunan müsabiqədə iştirak etmək üçün www.grants.edu.az  saytında qeydiyyatdan keçməli və müvafiq sənədlər sistemə yüklənməlidir. Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Hər iki kateqoriya üzrə layihələrin icra müddəti 3-12 aydır. Fevralın 14-dən martın 5-dək qəbul edilən layihələrin icrasına aprelin 15-dən başlanacaq. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ ümumi təhsil müəssisələri kateqoriyası üzrə  100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır.
 
 
Görüşün sonunda məktəb direktorlarını və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
 
 
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275
avatar

Oxşar yazılar