[b]Ailə qurmaq istəyən 75 nəfərdə İİV aşkarlanıb[/b]
13 may 2016 12:02 (UTC +04:00)

[b]Ailə qurmaq istəyən 75 nəfərdə İİV aşkarlanıb[/b]

 

"Ötən il iyunun 1-dən Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 117435 şəxs İİV-ə görə müayinəyə cəlb olunub".

 

 

Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova Azərbaycanda İİV-lə mübarizə yollarına həsr olunmuş dəyirmi masada çıxışında deyib.

 

Onun sözlərinə görə, müayinələr nəticəsində 75 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.

 

 

Mərkəzin direktor əvəzi qeyd edib ki, 2016-ci ilin ilk 3 ayı ərzində Mərkəzin əməkdaşlarının səyi ilə İİV/QİÇS-lə bağlı maarifləndirmə işləri gücləndirib, orta və ali məktəblərdə şagirdlər və tələbələr üçün İİV infeksiyasının profilaktikasına həsr olunmuş məruzə, seminar və təlimlər genişləndirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Fərizə Əhmədova

Oxşar yazılar