[b] <font color=red>&#174; </font>  Yolsuzluğa meydan oxuyan Haval artıq Azərbaycanda![/b]
30 iyul 2015 10:00 (UTC +04:00)

[b] ® Yolsuzluğa meydan oxuyan Haval artıq Azərbaycanda![/b]

İyulun 28-də Bakıda Çinin 1N-li yolsuzluq brendi olan Haval avtomobil  salonun rəsmi açılışı keçirildi. İşadamları, cəmiyyətin məşhur simaları və KİV nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində Haval brendinin yaranma tarixindən, fəaliyyət konseptindən, yolsuzluq seqmentində tutduğu mövqedən danışıldı. Tarixini rəsmən 2013-cü ildən başlamasına baxmayaraq, qısa bir zaman kəsiyində SUV və crossover seqmentində ölkəsinin 1 nömrəli brendinə çevrilməsi və dünyanın bir çox məmləkətlərində ciddi rəqiblər arasında möhkəm mövqeyə sahib olması xüsusilə vurğulandı. Qeyd olundu ki, bu brendin əsas hədəfi yeni perspektivlər açmaq, zirvələri fəth etməkdir. Bu səbəbdən də Haval ən müasir və yüksək standartlara cavab verən tam avtomatlaşdırılmış zavodlarda, dünyanın ən qabaqcıl mühəndis qrupunun peşəkar nəzarəti ilə istehsal edilir. Zirvələri fəth etmək üçün  Haval yüksək keyfiyyət, hədsiz təhlükəsizlik və müasir dizayna önəm verməklə insanlara mükəmməl avtomobil təqdim etməyi ilk gündən hədəf seçib. Əldə edilən mükafatlar və kraş testlərin nəticələri bu hədəflərin əlçatan olduğundan xəbər verməkdədir.

 Açılış mərasiminə toplanan qonaqlara Haval brendinin 3 yolsuzluq avtomobili təqdim olundu- H2, H6 sport və H9.

H2 “compact SUV” seqmentinin diqqətəlayiq bir modelidir. Əsasən ikirəngli, cazibədar görkəmi ilə bu avtomobil özü bənzərsiz olduğu kimi, sahibinin də individuallığını vurğulamağa qadirdir. 6 ötürücülü avtomatik transmissiya, güclü mühərrik, audio, cruise və bluetuh kontrol sistemləri ilə təchiz edilən sükan və bir çox digər üstünlüklər bu avtomobili Azərbaycan istehlakçılarına sevdirəcəkdir. Rəsmi diler- “Haval Azərbaycan” avtomatik ötürücü qututa malik H2 modelini 22 700 manata təqdim edir. Maliyyələşmə şərtləri:  İlkin ödəniş- 5115 manat, 48 ay müddətinə, aylıq ödəniş- 607 manat. 

H6 sport adından da bəlli olduğu kimi idman ruhunun güclü texnologiyalarla vəhdətini əks etdirir. Müasir mühərrik, 6 ötürücülü avtomatik transmissiya, avtomatik tənzimlənən dəbli faralar və saymaqla bitməyən bir çox digər göstəricilər. Bütün bunları özündə cəmləşdirən Haval H6 sport modeli 24700 manata təqdim olunacaqdır. Maliyyələşmə şərtləri:  İlkin ödəniş- 5515 manat, 48 ay müddətinə, aylıq ödəniş- 660 manat. 

H9- əgər siz güclü, hər növ innovasiyalarla təchiz edilmiş, maksimal təhlükəsiz və eyni zamanda,  4*4 sistemli və eyni zamanda, premium yolsuzluq avtomobili axtarırsınızsa o zaman Haval H9 sizin xəyalların təcəssümüdür. Hərəkətli orta horizontal xətləri, 3D ön faraların birləşməsi, xromla örtülü ön barmaqlıqlar bu avtomobilə qüdrətli bir görkəm qazandırır. Avtomobilin təchizatı isə seqmentinin ən güclüləri ilə layiqli rəqabətə tam hazırdır. Güclü, cəsarətli, dəbdəbəli  H9 Azərbaycan istehlakçısına38000 manata təqdim olunacaqdır. Maliyyələşmə şərtləri:  İlkin ödəniş- 8305 manat, 48 ay müddətinə, aylıq ödəniş- 1013manat. 

Bütün modellər 5 illik zəmanətlə təqdim olunur.

Rəsmi açılış mərasimində sadəcə 3 model tanıdılsa  da  yayın sonunda artıq dünyada böyük əks-səda yaratmış H8 modelinin təqdim olunacağı xüsusi vurğulandı. Bununla belə, qeyd olundu ki, 2015-ci ilin sonunadək təqdim olunan avtomobil sırası 8 modeldən ibarət olacaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Oxşar yazılar