Son günlərdə mətbuatda TuranBank ASC və onun filiallarının fəaliyyəti barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır.
TuranBank ASC olaraq bildiririk ki, qeyd edilən məlumatların heç bir hüquqi və faktiki əsası yoxdur və həqiqəti əks etdirmir.
Qeyd edilənləri nəzərə alaraq TuranBank barəsində bizimlə dəqiqləşdirmədən hər hansı məlumatın yayılmamasını Kütləvi İnformasiya Vasitələrindən xahiş edirik.
TuranBank ASC ilə bağlı hər hansı məlumatın dəqiqləşdirilməsi üçün Bankın İctimaiyyətlə əlaqələr şöbəsi ilə aşağıda göstərilən telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.
(+994 12) 510 79 11 (dax. 238)