"Azərsu"nun strukturu dəyişdirildi
06 sentyabr 2015 10:31 (UTC +04:00)

"Azərsu"nun strukturu dəyişdirildi

 Nazirlər Kabineti  "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) strukturu ilə bağlı bəzi məsələlər barədə qərar verib.

 

APA-nın məlumatına görə, qərara əsasən "Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Azərsu" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin ona qoşulması şəklində yenidən təşkil ediləcək.

 

İstehsalat Texniki Komplektləşdirmə İdarəsi indiyə qədər "Azərsu" ASC-nin tabeliyində hüquqi şəxs statusunda olub. İdarənin bu statusu ləğv edilir, "Azərsu"ASC-nın tabeliyində olan hüquqi şəxs olmayan təşkilata çevrilir. "Azərsu" ASC hüquqi varislik qaydasında ona qoşulan "Azərsu" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək. "Azərsu" ASC-yə qoşulan  "Azərsu" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin nizamnamə kapitalı konvertasiya olunmadan ödəniləcək, "Azərsu" ASC-nin nizamnamə kapitalı mövcud səviyyədə saxlanılacaq.

 

Qərara əsasən, "Azərsu" ASC-nın "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti və "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyəti  "Azərsu" ASC-nın "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxslər kimi müəyyən ediliblər. Eyni zamanda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatların siyahısında da dəyişiklik edilib. "Oğuz-Qəbələ-Bakı Su Kəməri" İdarəsi  Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsinə, "Kür Su Kəmərləri" İdarəsi  Kür Su Təchizatı İdarəsinə,  "Ceyranbatan Su Kəmərləri" İdarəsi Ceyranbatan Su Təchizatı  İdarəsinə, "H.Z.Tağıyev adına Su Kəmərləri" İdarəsi H.Z.Tağıyev adına Su Təchizatı İdarəsinə çevrilib. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatların siyahısına Ekologiya İdarəsi və İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi də əlavə edilib.

 

Buna müvafiq olaraq, İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi, "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti və "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyəti "Azərsu" ASC-nın tabeliyində olan hüquqi şəxslər (müəssisələr) siyahısından çıxarılıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34