"Azəriqaz"da ixtisarlar başladı: <span style="color:red;">işçilərin taleyi necə olacaq?
11 dekabr 2015 10:57 (UTC +04:00)

"Azəriqaz"da ixtisarlar başladı: işçilərin taleyi necə olacaq?

 

"Azəriqaz"ın Bakıdakı qaz idarələrinin ləğv edilməsi nəticəsində xeyli əməkdaşın işsiz qalma məsələsi gündəmə gəlib. Lent.az-ın məlumatına görə, artıq qaz idarələrinin əməkdaşlarından işdən çıxmaqla bağlı ərizələrin alınmasına başlanılıb. İşçilərə bildirilib ki, yanvar ayının ortasına qədər işdənçıxarılma prosesi tam yekunlaşacaq. 

 

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, hazırda Bakı Regional Satış və Bakı Regional İstismar Departamentinin formalaşdırılması prosesi gedir: "Odur ki, idarələrdən işdən çıxarılan işçilərin bu depertamentlərə transferi həyata keçirilir. Həmçinin təkmilləşdirmə kurslarına cəlb ediləcək, eləcə də digər idarələrdə işə götürüləcək şəxsləri nəzərə alsaq, işsiz qalanların sayının az olacağını düşünürük".

 

Qeyd edək ki, "Azəriqaz"ın idarələrində işdən çıxarılan şəxslərin hər birinə əmək haqqlarının 5 misli miqdarında kompensasiya veriləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263
avatar

Oxşar yazılar