Dövlət Feldyeger Xidmətinin işçilərinin vəzifə maaşları artırılıb.
Lent.az-ın məlumatına görə, prezident İlham Əliyevin sərəncamına əsasən, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları orta hesabla sentyabrın 1-dən 10% artırılacaq.