“Sabahın alimləri” V Respublika müsabiqəsi keçiriləcək
03 noyabr 2015 10:37 (UTC +04:00)

“Sabahın alimləri” V Respublika müsabiqəsi keçiriləcək

0

Təhsil naziri Mikayıl Cabbarov “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmrə əsasən, Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar  edilməsi, həmçinin ciddi elmi  tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsini təmin etmək məqsədi ilə 2016-cı il 11-13 fevral tarixlərində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” V Respublika müsabiqəsi keçiriləcək.  

 

Ümumi təhsil müəssisələrinin direktorlarına müsabiqə ilə bağlı 2015-ci il 1 noyabr tarixindən etibarən şagirdlərin mövzularının sabahinalimleri.edu.az saytında onlayn rejimində qeydiyyatdan keçirilməsini və 25 dekabr tarixinədək şagirdlər tərəfindən təsdiq edilmiş mövzular üzrə aparılan tədqiqatların başa çatdırılmasını təmin etmələri tapşırılıb.

 

Müsabiqənin Təlim Akademiyasında iştirak etmək istəyən müəllimlərin qeydiyyatdan keçməsi 2016-cı il 15 yanvar tarixinədək təmin ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 449

Oxşar yazılar