Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarının başa çatması ilə əlaqədar «Rabitəbank» ASC yeni «Tələbə sevinci» kampaniyasına start verib. Bankdan Lent.az-a verilən məlumata görə, kampaniya bu il ali təhsil müəssisələrinə qəbul olunan bütün tələbələrin ailə üzvlərinə güzəştli kreditlərin verilməsini nəzərdə tutur.
«Tələbə sevinci» kampaniyasının şərtlərinə əsasən, bu il Bakı və bölgələrdəki özəl və dövlət universitetlərinə daxil olan istənilən tələbənin ailəsi 5%-dək endirimlə nağd pul krediti ala bilər. Kampaniya oktyabrın 1-dək davam edəcək. Güzəştli kredit istənilən məqsəd üçün verilir, nağd kreditin müddəti 3 aydan 24 ayadək ola bilər.
Tələbənin ailə üzvləri güzəştli kampaniya üçün müraciət zamanı tələbənin bu il qəbul olunduğunu və topladığı balı təsdiqləyici sənəd (www.tqdk.gov.az saytından çapa verilmiş təsdiqləmə, «Abituriyent» jurnalının müvafiq nömrəsi) və tələbə olmuş şəxslə qohumluq əlaqəsini təsdiq edən sənəd təqdim etməlidir.
Kampaniyadan yararlanmaq üçün tələbənin ailə üzvləri (ata, ana, bacı, qardaş, nənə və baba) «Rabitəbank»ın filiallarına müraciət edə bilər. Xatırladaq ki, hazırda «Rabitəbank»ın Bakı ilə yanaşı, regionlardan Ağsu, Sumqayıt, Ağcabədi, Şirvan, Şəmkir, Qusar, Quba, Xaçmaz, Şəki, Şamaxı, Kürdəmir, Gəncə, Lənkəran və Naxçıvanda filial və şöbələri fəaliyyət göstərir.
Kampaniya haqqında bankın www.rabitabank.com rəsmi internet saytı,www.facebook.com/rabitabank səhifəsi və ya 133 nömrəli telefon xətti ilə daha ətraflı məlumat almaq olar.