“Quş qripi”nə görə növbəti monitorinqlərə start verilib
02 may 2016 16:42 (UTC +04:00)

“Quş qripi”nə görə növbəti monitorinqlərə start verilib

0

 

Mayın 2-dən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti xidməti tərəfindən köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start verilib.

 

DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.

Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin digər ərazilərində həyata keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.

Ölkə ərazisində köçəri və ev quşlarına görə başlanan monitorinqin nəticələri mayın 13-də ictimaiyyət üçün açıqlanacaq.

 

Hazırda "quş qripi" və dıgər xəstəliklərə  görə respublikada epizootik vəziyyət sabitdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar