“Qırmızı kitabı”nın II cildi nəşrə hazırlanır
26 avqust 2013 18:59 (UTC +04:00)

“Qırmızı kitabı”nın II cildi nəşrə hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın II cildini nəşrə hazırlayır.


 

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, kitabda beynəlxalq və milli statusa malik nadir, nəsli kəsilmək üzrə olan fauna növlərinin siyahısı dəqiqləşdirilib.

 

İşlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

 

Kitabın məsul redaktoru Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərovdur. Onun sözlərinə görə, II cildə 223 fauna növü daxil edilib. Onların sırasında 1 növ həlqəvi qurd, 1 növ xərçəngkimi, 1 növ molyusk, 74 növ həşərat, 6 növ suda-quruda yaşayan, 14 növ sürünən, 9 növ balıq, 72 növ quş və 42 növ məməli də var.

 

Kitaba daxil olan növlər Təbiətin Mühafizəsi üzrə Beynəlxalq İttifaqın Qırmızı siyahısına uyğun olaraq, mənfi təsirlərə məruz qalanlar, təhlükə həddinə yaxınlaşanlar, kritik vəziyyətdə olanlar, az öyrənilənlər, yayılma zonası azalan və böhran vəziyyətinə çatanlardır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547
avatar

Oxşar yazılar