“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna dəyişiklik edildi
22 oktyabr 2015 18:49 (UTC +04:00)

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna dəyişiklik edildi

0

Prezident İlham Əliyev “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. 

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dəyişikliyə əsasən, qanuna “Qaçqın statusu almış şəxs iş və ya yaşayış yeri əldə edənədək, lakin 3 aydan artıq olmayan müddətə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilə bilər” məzmunda beşinci hissə əlavə edilib.

 

11-ci maddənin birinci hissəsinin altıncı abzasında  “,lakin ən çoxu üç ay müddətində müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada istifadə etmək” sözləri “onunla gələn ailə üzvləri ilə birlikdə Azərbaycan Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilmək və saxlanılmaq” sözləri ilə əvəz edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar