“PayKart Kredit”-dən Yeni il nağdlaşdırması!
04 dekabr 2015 15:15 (UTC +04:00)

“PayKart Kredit”-dən Yeni il nağdlaşdırması!

0

Yeni il ərəfəsində Bank Respublika “PayKart Kredit” kartı sahiblərinə bayram kampaniyası keçirir. Dekabr və yanvar aylarında PayKart sahibləri sərbəst şəkildə kredit xəttinin 50% məbləğini nağdlaşdıra biləcəklər. Xatırladaq ki, nağdlaşdırma üçün nəzərdə tutlan komissiya haqqı artıq 1% təşkil edir.

Vəsaiti Bank Respublika-nın uyğun bankomatından və ya digər bankların bankomatından nağdlaşdırmaq mümkündür. Nağdlaşdırılmış pulun ödənişi əlavə faizin hesablanması şərti ilə (2.1% aylıq) avtomatik qaydada 12 aya bölünür.

Beləliklə, bayram günlərində PayKart Kredit kartı sahibləri vəsait çatışmazlığını düşünmədən Yeni il alış-verişlərini daha rahat şəkildə edə biləcəklər.

Paykart Kredit kartını bu linkə daxil olmaqla sifariş etmək olar: https://www.paykart.az/page/23

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar