“Özünədəstək” proqramı hazırlanıb
18 fevral 2013 20:02 (UTC +04:00)

“Özünədəstək” proqramı hazırlanıb

 

Dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi, o cümlədən birdəfəlik ünvanlı sosial yardım - “Özünədəstək” proqramının qanunvericilikdə təsbit olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanıb.

 

Nazirlikdən APA-ya verilən xəbərə görə, layihədə aztəminatlı ailələrin potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirməsi və gəlirlərini artırması, dövlətin sosial yardımından asılılığının aradan qaldırılmasına şərait yaradılması üçün onlara aktiv formada dəstək verilməsi məqsədilə birdəfəlik ünvanlı sosial yardım -“Özünədəstək” proqramının icrası nəzərdə tutulur.

 

Bununla bağlı layihə sənədində birdəfəlik ünvanlı sosial yardım almaq hüququna malik ailələrin sayı, həmin yardımın təyin olunması və verilməsinin hüquqi əsasları müəyyən edilib. Qanun layihəsində ailə tərkibi və əmlak vəziyyətində ünvanlı yardım almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilməyən ailələrə bu yardımların təyinat müddətinin iki, yaxud daha uzun müddətə uzadılması əksini tapıb. Bu dəyişiklik həmin vətəndaşların təkrarən ünvanlı yardım üçün hər il yenidən sənədlər toplamadan uzunmüddətli yardımla təmin edilmələrinə, eyni zamanda məmur-vətəndaş münasibətlərinin daha da azalmasına, şəffaflığın artırılmasına şərait yaradılması məqsədinə xidmət edir.

 

Qanun layihəsi aidiyyəti təşkilatlarla razılaşdırılıb və yaxın zamanlarda Nazirlər Kabinetinə təqdim olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664
avatar

Oxşar yazılar