“Otellərin qiymətlərinə dövlət təsir edə bilməz” - <span style="color:red;">Nazir
11 iyul 2016 11:57 (UTC +04:00)

“Otellərin qiymətlərinə dövlət təsir edə bilməz” - Nazir

 

 

“Otellərdə qiymətlərin formalaşmasına dövlət təsir edə bilməz”.

 

Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda müsabiqənin qaliblərinin  təqdimat mərasimində deyib.   

 

Nazirin sözlərinə görə, dövlət otellərdə qiymət siyasətini müəyyənləşdirmir və qiymətlər fərdi sahibkarlar tərəfindən müəyyən olunur: “Dövlət olaraq biz sahibkarları maarifləndirə, onlara treninqlər keçə və qiymət formalaşdırılmasında onlara tövsiyələr verə bilərik”.

 

Nazir əlavə edib ki, Azərbaycanda turizm bazarı heç bir manapoliyaya məruz qalmr: “Hər kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə hər şey çox şəffafdır və ona görə də dövlətin bura müdaxilə etməsi yersizdir. Azərbaycanda turizmin inkişafı prioritet istiqamətlərdən biridir.   Həm daxili turizm, həm xarici turizm inkişaf etdirilməlidir. Daxili turizm ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara getməsin, ölkədən kənara valyuta axını olmasın”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar