Təhsil Nazirliyi (TN) orta məktəb şagirdlərinin yerdəyişməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Lent.az-ın nazirliyin rəsmi Facebook səhifəsinə istinadən xəbərinə görə, bu proses TN tərəfindən təsdiq olunmuş qaydalarla tənzimlənir.
Həmin qaydalara görə, yerli məktəblərdə oxuyan I-XI sinif şagirdlərinin məcburi köçkün məktəblərinə yerdəyişməsi, bəzi istisnalar nəzərə alınmaqla qadağandır: “Yerdəyişmə ilə əlaqədar əksər müraciətlər Təhsil Nazirliyinə ünvanlanır və burada baxılıb cavablandırılır. Məcburi köçkün məktəbinin direktoru yerli məktəbdə oxuyan uşağı müstəqil olaraq qəbul edə bilməz. Belə hallar aşkar edildikdə intizam tənbehi tətbiq olunur”.