Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə İstanbul şəhərində, Dünya Türk Gəncləri Birliyinin layihəsi olan - “I Türk Dünyası Gənc İş adamları Toplantısı” keçirəcək. Lent.az-ın məlumatına görə, toplantı noyabrın 25-dən 30-a qədər olacaq.
baş tutacaq. Toplantının məqsədi Türk Dünyası regionunun gənc iş adamlarının arasında əməkdaşlığın və koordinasiyanın yaradılmasına, beynəlxalq ticarət sahəsindəki sinerjinin ölkəmizə transfer olunmasına kömək etməkdir.