Prezident İlham Əliyev dekabrın 28-də “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə metronun “Elmlər Akademiyası” stansiyasının planı və yeni çıxışda görülən işlər barədə məlumat verilib.
Prezidenti yeni çıxışda yaradılan şəraitlə tanış olub.