“Delta-Telekom”dakı problem tam aradan qaldırılmayıb
02 dekabr 2015 13:16 (UTC +04:00)

“Delta-Telekom”dakı problem tam aradan qaldırılmayıb

 

 

 “Delta-Telekom”da baş verən yanğının fəsadlarının 95%-i aradan qaldırılıb.

 

Bu barədə “APA-Economics”ə şirkətdən bildirib.

 

“Fəsadların 95%-i aradan qaldırılıb. Düzdür, həmin o 5% bizim işimizə heç bir maneə törətmir. Onun aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər görülür “, - deyə adının çəkilməsini istəməyən şirkət rəsmisi qeyd edib.

 

Xatırladaq ki, noyabrın 16-da Azərbaycan ərazisinin böyük bir hissəsi internetsiz qalmışdı. Buna səbəb ölkənin əsas internet provayderi "Delta Telekom" MMC-nin DATA Mərkəzində baş verən yanğın olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 134
avatar

Oxşar yazılar