Heydər Əliyev prospektində, “Böyük Şor” yol qovşağına doğru olan istiqamətdə əsas yoldan köməkçi yola keçid üçün nəzərdə tutulmuş xüsusi hissələrdə asfalt üzərinə işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, cəmiyyət tərəfindən işıq əksetdirici xüsusi siqnal dirəklərinin quraşdırılmasında məqsəd bəzi intizamsız sürücülərin köməkçi yoldan əsas yola çıxmasının qarşısını almaqdır.
Hazırda sözügedən xüsusi siqnal dirəklərinin quraşdırılması ilə bunun qarşısı tamamilə alınıb.
Qeyd edək ki, işıq əksetdirici xüsusi siqnal dirəklərinin paytaxtın digər avtomobil yollarının zəruri olan hissələrində də quraşdırılması işləri aparılır.